Soyuq havalarda immunitetinizi gücləndirən məhsullarımız
Havaların dəyişkən keçməsi, soyuması zamanı immunitetimizi gücləndirmək üçün müxtəlif üsullardan istifadə edirik. Ən faydalı üsullardan biri təbii qidalardan istifadə etməkdir. Sizə təbii, faydalı ola biləcək Şəms brendinin məhsullarını rahatlıqla istifadə edə bilərsiz.
Bir çox növ mürəbbələr, cemlər, povidlalar, pürelər, meyvə və tərəvəz sousları, turşuları, marinadları, müxtəlif salatlar, leço, meyvə şirələri, kompotlar, konsentrat, siroplar, un məmulatlarından milli xəmir yeməkləri olan yarpaq xəngəli və milli əriştələri gündəlik qidalarında istifadə edə bilərsiniz.
Firmamız 1998-ci ildən istehsala başlayıb. 2015 ci ildən rebrendinq edərək patentləşdirilmiş günəşi təmsil edən ad və loqotipi ilə məhsullarımızı sizin xidmətinizə sunuruq. Gözəl təbiətimizdən gələn, ekoloji təmiz meyvə və tərəvəzlərdən istifadə edərək Şəms brendinin məhsulları Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən müəssisəmizdə istehsal olunur.
Markamız uzun müddətdir ki, nəinki daxili bazarda, həmçinin xarici bazarlara da öz məhsullarını ixrac edir. Məhsulların ixrac edildiyi ölkələrdə əsas məqsəd Azərbaycanın milli adət-ənənələrini və milli mətbəxinin dadlı təamlarını təbliğ etdirməkdir.
Milli məhsullarımızın faydaları və tərkibləri haqqında məlumat verək.
Marka olaraq hazırladığımız souslar yeməklərə xüsusi ləzzət və dad verir.
Zoğal, Göyəm, Alça "C"vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir, və soyuqdəyməni,qripi aradan götürür.
Gavalı sousu mədə bağırsaq sistemini yaxşılaşdırır, həzmi yüngülləşdirir, mikrobları məhv edərək orqanizma yüksək dərəcədə xeyirli təsir göstərir.
Narşərab isə qan dövranını artıraraq immuniteti gücləndirir və həmçinin xolestronu damarlardan təmizləyir.
Yuxarıda qeyd olunan souslar süfrənizi bəzədiyi kimi, ləzzətini də bəxş edir. Əsas odur ki, sizi və ailənizi sağlam və güclü edir.
Meyvə sousları
Meyvə sousları yeməklərə və süfrələrə zənginlik və ləzzət verir. İştahı stimullaşdırır və yeməyin görünüşünü yaxşılaşdırır. Souslardakı olan üzvi turşular da buna kömək edir.Meyvə sousları çox kalorilidir və yeməklərin qida dəyərini xeyli artırır. Sousların hazırlanması üçün mövsüm boyu, yetişmiş meyvələrdən istifadə edilir. Souslar yeməklərə birbaşa istifadə üçün uyğundur.
Meyvə souslarının müxtəlif istifadəsi var ki, bunlar : unlu yeməklər, həmçinin qızardılmış, qaynadılmış ət və balıq yeməkləri, xüsusən də müxtəlif kabablarda istifadə olunan ədviyyatdır.
Məhsulların hazırlanmasında reseptin zənginliyi, uyğunluğunun dəqiqliyi, sanitariya texnologiyası tələblərinin diqqətlə yerinə yetirilməsi, hər sousu xüsusi ətirli, əla, incə dadı və gözəl görünüşü ilə təmin edir.
Şəms Sousları yeməklərinizə möhtəşəm, gözəl və incə bir əlavədir. Yeməklərin əvəzolunmaz dadlı edir.
Şəms Zoğal Sousu
Təzə dərilmiş zoğaldan hazırlanmış “Şəms zoğal” sousları öz dadı ilə sizləri valeh edəcək. Zoğal meyvəsi C,B və digər vitaminlərlə zəngin olduğundan iştahı artırır, maddələr mübadiləsini yaxşılaşdırır.
“Zoğal sousu” qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyatkimi gözəl əlavədir.Məhsul yabanı halda bitmiş meşəzoğalından hazırlanıb. Sizi düşünərək hazırladığımız “Şəms zoğal” sousları tam təbiidir.
Şəms Alça sousu
Azərbaycanda alça ağacları geniş yayılıb.”Şəms” alça souslarının əsas özəlliyi onun tam olaraq yabanı halda bitmiş meşə alçasından istifadə olunmasıdır.
Alça sousu kulinariyada qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyat kimi istifadə edilir.
“Şəms” alça sousları ilə hazırlanan yeməklərinizin dadı damağınızdan getməyəcək.
Şəms Göyəm sousu
Qızartma vəxəmir xörəklərinin yanında “Şəms” göyəm sousunun öz yeri var. Göyəm iştahaçıcı və həzmi yaxşılaşdırıcı xüsusiyyətlərə malikdir. Yabanı halda bitən göyəm meyvəsindən tam steril şəraitdə hazırlanan “Şəms” göyəm sousu təbii halda süfrənizə verilir.
Göyəm sousu kulinariyada qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyat kimi istifadə edilir.
Yeməklərinizi “Şəms”göyəm souslarımızla daha da tamlandırın.
Şəms Gavalı sousu
Gavalı meyvələri yurdumuzun əngözəl guşələrindən toplanaraq Sizin üçün gətirildi. Gavalı souslarımız tam təbii meyvədən hazırlanaraq qatqısızvə bol vitaminlidir. Gavalının faydalarını saymaqla bitmir. Tərkibində olan bol vitaminlər nəinki böyüklərin, həm uşaqlarınızın sağlamlığı üçün əvəzolunmazdır.
Gavalı sousu kulinariyada qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq,kartof , yumurta yeməklərində ədviyyat kimi istifadə edilir.
“Şəms” Gavalı sousları ilə yeməklərinizi daha ləzzətlivə tamlı edə bilərsiniz
Şəms Narşərabları, Nar sousu, Narşərab
Narşərab müxtəlif milli yeməklərinə ləzzət qatan ədviyyatdır.
Narşərab, nar şirəsinə şəkər tozu əlavə etməklə hazırlanır.
“Şəms” Narşərabınkulinariyada qaynadılmış və qızardılmış ət,vəhşi heyvanların ətləri (keçi,maral, dovşan), küftə və katlet, bişmiş ət, barbekü, qızardılmış toyuq və balıq yeməklərində ədviyyat kimi istifadə edilir.
“Şəms” narşərablarını digərlərindən fərqli edən xüsusiyyət onun dağlarda və meşələrdə yabanı halda bitən meşə narından hazırlanmasıdır.
“Şəms narşərabları” tam olaraq təbii, ekoloji təmiz məhsuldur.
“Şəms” məhsulları öz təbiliyi və əvəzedilməz dadı ilə fərqlənir.
“Şəms” brendi Şərqin milli adət-ənənələrimizi özümüzdə birləşdiririk.
“Şəms” markamızın əsas üstünlüyü təbii, dadlı, analoqu olmayan məhsullar istehsalında ilk və bir nömrə olmağımızdır.