Narşərab haqqında bilmədiklərimiz
Narşərab - Azərbaycan mətbəxinin milli markası hesab olunur. Narşarab şəkər, reyhan, darçın, keşniş, duz və üyüdülmüş qara bibər kimi ədviyyatlarla birləşən buxarlanmış nar şirəsindən ibarət bənzərsiz bir Azərbaycan sousudur. Ləzzəti ən yaxşı şəkildə xırda və turş kimi təsvir olunur. Narşarabın ət və balıq yeməkləri ilə istifadəsi tövsiyə olunur, eyni zamanda şoraba və ya müxtəlif salatlar üçün sarğı kimi də istifadə edilə bilər. Bəziləri sousu şirniyyata əlavə etməyi sevirlər.
Narşərab sayəsində bir sıra yeməklərə, eləcədə balıq yeməklərində yüngül turşməzə dad verirlər. Süfrələrimizin sevimlisi olan narşərab xüsusi qablaşdırılmış şəkildə satılır. Ev şəraitində hazırlanmış narşarablar öz rəng və tam xüsusiyyəti ilə daha da seçilir. Nar meyvəsinin malik olduğu keyfiyyətlər: yüksək miqdarda vitamin C, meyvə turşuları, antioksidləşdiricilər tam şəkildə narşərabda da öz əksini tapır.
Tərkibi
Narşərabın tərkibi nar meyvəsinin tərkibi ilə eynidir. Bura 10 % limon turşusu və 45 % şəkər daxildir. Qətrana əlavə olaraq keşniş, reyhan, darçın, dəfnə yarpaqları bəzən qara və qırmızı istiot da qatılır.
Hazırlanması
Zəngin təbiətimizdə yetişən turş və şirinlik dərəcəsindən asılı olaraq nar meyvəsindən istifadə edilir. Ağacdan yığılmış nar təmizlənərək dənələri bir qazana yığılır. Adətən 1.8 kq nardan 100 qr, təxminən 1 kq nar dənələrindən isə 250-300 ml narşərabı almaq mümkün olur. Qazan od üstündə qaynadıqca qarışdırılaraq nar dənələri əzilir. Qazanı qarışdırmaq üçün taxta materiallardan hazırlanmış qaşıqlardan istifadə edilir. Metal materiallardan istifadə edilərsə bu zaman nar turşusu metal ilə reaksiyaya girə bilər. Tumları dənələrdən ayrılanda qazan addan götürüb yaxşıca süzürük. Süzülmüş şirə yenidən qazanda oda qoyularaq 130-150 dərəcə isidilmiş sobada bəhməz halına gələnə qədər 5 saat bişirilir. Şirənin yanmaması və yapışmaması üçün onu tez – tez qarışdırırıq. Qətran alınan ya qatılaşana qədər onu qaynadırlar və hazır olana yaxın odu söndürüb üzərinə bir qədər duz əlavə edirik.
Narşərab bişdikdən sonra qablaşma prosesi gedir. Keyfiyyətini itirməməsi üçün işıq düşməyən və sərin bir yerdə saxlanılır.
Bizdə ŞƏMS markası olaraq narşərab məhsulumuzu fərqli qablaşmada sizlərə qəqdim edirik. Məhsulumuzun keyfiyyətini yalnız istifadə etdikdən sonra biləcəksiniz.
Hələ də istifadə etməmisinizsə supermarketlərə üz tuta bilərsiz.