Haqqımızda

          Şəms brendi 1998-ci ildən istehsal tarixinə başlayıb. Günəşi təmsil edən ad və loqotipi ilə məhsulların təbiətdən gələn dad olmasını vurğulayan Şəms brendinin məhsulları yüksək keyfiyyəti, ekoloji cəhətdən təmziliyi ilə seçilir.

        Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən müəssisədə Azərbaycanın müxtəlif  bölgələrində bitən yüksək keyfiyyətli, ekoloji təmiz  meyvə və tərəvəzlərdən istifadə olunur.

         Müəssisədə müxtəlif növ mürəbbələr, cemlər, povidlalar, pürelər, meyvə və tərəvəz sousları, turşuları, marinadları, müxtəlif salatlar, leço, meyvə şirələri, kompotlar, konsentrat, siroplar, un məmulatlarından milli kulinariyamıza xas xəmir yeməkləri olan yarpaq xəngəli və milli mətbəximizə xas olan reseptlərlə hazırlanmış əriştə istehsalı ilə ixtisaslaşmışdır.

        İstehsal edilmiş məhsulların reseptinin zənginliyi, müasir texnologiya qaydalarına əsasən istehsal dəqiqliyi hər bir məhsulu xüsusi ətirli, zərif dadlı və gözəl görünüşlü olmasını təmin edir.

         “Şəms” məhsulları  yeməklərinizə möhtəşəm, gözəl və incə bir əlavədir.

         Müəssisə artıq uzun müddətdir ki, nəinki daxili bazarda, həmçinin xarici bazarlara da öz məhsullarını ixrac edir. Məhsulların ixrac edildiyi ölkələrdə əsas məqsəd  Azərbaycanın milli adət-ənənələrini və milli mətbəxinin dadlı təamlarını təbliğ etdirməkdir.

      “Şəms” məhsulları öz təbiliyi və əvəzedilməz dadı ilə fərqlənir.

      “Şəms” brendi Şərqin milli adət-ənənəsini özündə əks etdirir.

      “Şəms” brendinin əsas üstünlüyü təbii, dadlı, analoqu olmayan məhsullar istehsalında ilk və №1 olmağıdır.