Zoğal kompotu

Tərkibi:
Zoğal, şəkər , su
Karbohidratlar - 22 mq
Vitamin C - 1 mq
Enerji dəyəri - 52 kkal
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda
nisbi rütubət 75% çox olmamaq şərti ilə
istehsal olunan tarixdən etibarən 2 il 

Yabanı halda meşələrdə geniş yayılmış bitkilər kimi tibbi faydalılığı başqa meyvələrdən iki dəfə çoxdur, desək yanılmarıq. Bu meyvənin müxtəlif  məhsulları eyni dərəcədə faydalılığa malikdir. Təkcə qida elementi kimi deyil həm də tibbi faydalılığına görə Zoğala el arasında tibbi aptek deyirlər. Toxuma və orqanların yenilənməsini və bərpasını sürətləndirdiyi üçün hamiləlik dövrünün vacib qidası hesab olunur. Qrip və soyuqdəymə zamanı hərarətin artması zamanı tətbiq olunur. Bədən temperaturunu aşağı salmağa xidmət edir. Zökəm və soyuqdəymədən əlavə diarea, xolera xəstəliyinin müalicəsi zamanı istifadə olunur. Tərkibində olan elementlər kürək və diz ağrıları üçün çox faydalı nəticələr verir. Kişi sonsuzluğu zamanı ən çox istifadə olunan qidalar sırasına daxildir. Qan təzyiqini normallaşdırır, ürək damar xəstəliklərinin profilaktikasında istifadə olunur. Menstural pozğunlular yaşayan qadınlara ən çox tövsiyə olunan qidalardandır.