Əzgil sousu

Tərkibi: Əzgil , duz , üyüdülmüş keşniş
Karbohidratlar - 0.7 qr
Vitamin C - 12 mq
Enerji dəyəri - 2.8 kkal/11.9 kC
Saxlanma müdəti +5 - + 25० C - temperaturda istehsal olunan tarixdən etibarən 2 il.
Açdıqdan sonra soyuducuda saxlanılmalıdır.
Açmazdan öncə çalxalayın.
Sous balıq və ət məhsulları ilə istifadə olunur. 

Əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin, fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var. Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri xaric edir. Əzgil ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır - arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir. Əzgil sınanmış bəlğəmgətirici vasitədir. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yolları təmizləyir, iltihabın azalmasına kömək edir. Əzgil üz dərisi üçün də çox xeyirlidir. Əzgilin əti dərinin elastikliyini artırır, nəmləndirir, cavanlaşdırır.