İtburnu şirəsi

Tərkibi:
İtburnu şirəsi, şəkər , su
Karbohidratlar - 11,3 mq
Vitamin C - 400 mq
Enerji dəyəri - 48 kkal Saxlanma müdəti - 0 - + 20० C - istehsal olunan tarixdən etibarən 2 il.
Açdıqdan sonra soyuducuda 2 sutka saxlamaq olar.
Təbii çöküntü mümkündür. 

Antioksidantla zəngin olduğu üçün radikal maddələri oksidləşdirərək orqanizmdən kənarlaşdırır. Vitamin C, E ilə yanaşı kartenoidlər və polifenolarla zəngindir. Vitamin C immun sistemi vitamini olduğu üçün immun sisteminin möhkəmlənməsində xüsusi rolu var. Xüsusilə limfositlərin miqdarını və fəaliyyətini tənzimləyir. Dəri hüceyrələrini bərpa edir. Qan təzyiqini normallaşdırır, qanda xolestrolun miqdarını aşağı salır. Qarın piylərini əridir, arıqlamağa kömək edir. Məhz buna görə də pəhriz qidaları sırasına daxildir. Qırmızı qan hüceyrələri istehsal etdiyi üçün qanda hemoqlobinin miqdarını artırır. Yaşlanma ilə meydana çıxan dəri problemlərini aradan qaldırmağa kömək edir.