Yemişan şirəsi

Tərkibi:
Yemişan şirəsi, şəkər , su
Karbohidratlar - 11,7 mq
Vitamin C - 200 mq
Enerji dəyəri - 48 kkal
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda istehsal olunan tarixdən etibarən 2 il.
Açdıqdan sonra soyuducuda 2 sutka saxlamaq olar.
Təbii çöküntü mümkündür. 

Bu meyvə digər meyvələrdən fərqli olaraq polifenollarla zəngindir. Tərkibində olan antioksidantlar orqanizmdə olan radikal maddələri neytrallaşdırır. Bu radikal maddələr orqanizmə siqaret zamanı, düzgün olmayan pəhriz zamanı daxil olur. Astma, diabet, ürək xəstəlikləri, yaşlanma zamanı meydana çıxan dəri sallanmalarına faydalıdır. Anti-ifeksion xüsusiyyəti olduğu üçünn iltihablanma əleyhinə istifadə olunur. Xroniki iltihablanma zamanı meydana çıxan bir çox xəstəliklərin müalicə və profilaktikasında istifadə olunur. Qan təzyiqini aşağı saldığı üçün ürək damar xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunur. Qanda olan xolestrolun və triqliseridin miqdarını aşağı saldığı üçün pəhriz qidalarından hesab etmək olar. Orqanizm üçün vacib olan hormonların yaranmasında iştirak etdiyi üçün metobolizmanı normallaşdırır. Həzm sistemini normallaşdırdığı üçün qidalanma zamanı istifadəsi tövsiyə olunandır. Saçların bərpasını sürətləndirir, saçların folikullarını qidalandırır. Həyəcanı azaltdığı üçün sinir sisteminə faydalıdır.