Ərik mürəbbəsi

Tərkibi:
Ərik, şəkər , su
Karbohidratlar - 62 qr
Vitamin C - 2 mq
Enerji dəyəri - 248 kkal/1050 kC
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda
nisbi rütubət 75% çox olmamaq şərti ilə istehsal
olunan tarixdən etibarən 2 il

Çox az kaloriyə malik olan qidalardandır. Tərkibində A və E vitaminləri ilə yanaşı bitki mənşəli yağlar var. Bununla yanaşı betta karotinlə zənginliyi meyvə dənələrinin dəyərliliyini artırır. Əsasa flavonoidlər xlorogenik turşular, kotecinlər və quersetindir. Bu maddələr oqranizmə daxil olan radikal maddələrə qarşı davamlılığı artırır. Tərkibində olan vitamin A-nın miqdarına görə gözlər üçün əvəzedilməz qida hesab etmək olar. Tərkibinidə olan nadir mikroelementlər dərini dəri xərçəngindən qoruyur. Qan-damar sistemində ürək əzələləri üçün vacib qida olduğundan el arasında “Ərik ürəyin dərmanıdır” ifadəsinin yayılması səbəbsiz deyil. İdmandan sonra istifadə olunması ən çox tövsiyə olunan qidalardandır. Çünki itirilmiş enerjinin artıq çəki yaratmadan sürətlə bərpasına yardım edir.