Gavalı sousu

Tərkibi:
Gavalı , duz , üyüdülmüş keşniş
Karbohidratlar - 1.1 qr
Vitamin C - 29 mq Enerji dəyəri - 4.4 kkal/18.7 kC . 
Saxlanma müdəti +5 - + 25० C - temperaturda istehsal olunan tarixdən etibarən 2 il. 
Açdıqdan sonra soyuducuda saxlanılmalıdır.
Açmazdan öncə çalxalayın.
Sous balıq və ət məhsulları ilə istifadə olunur. 

Çoxlu vitaminlər və mineral maddələr daşıyan meyvə olaraq fiber maddə əlavələri ilə digər meyvələrdən fərqlənir. Digərlərindən üstün cəhəti ondan ibarətdir ki, xroniki xəstəliklərin müalicə və profilaktikasında həkimlərin xüsusilə tövsiyə etdiyi qidalardan hesab olunur. Gavalı 15 müxtəlif adda vitamin və minerallar daşıyır. Gavalının tərkibində nadir tapılan vitaminlərdən olan K vitamini vardır ki, bu vitaminin eyni zamanda laboratoriya şəraitində istehsalı çox çətindir. Gavalı qəbizliyə və bağırsaq keçilməzliyinə faydalı olan meyvə kimi çox məşhurdur. Gavalının istənilən məhsulları bu mənada çox faydalıdır. Tərkibində olan fiber maddələr həzm sistemi üçün xüsusilə faydalıdır. Vitamin K, Fosfor və Maqnezium sümükləri qoruyur və möhkəmləndirir. Bu mənada sümüyünün inkişaf dövrünü yaşayan uşaqlar üçün tövsiyə olunur. Gavalı yüksək kalorili maddə olmaqla yanaşı, tərkibində zəngin karohidratlar vardır. Həddən artıq müxtəlif faydası olduğu üçün extremal qida hesab olunur.