Heyva kompotu

Tərkibi:
Heyva, şəkər , su
Karbohidratlar - 12 mq
Vitamin C - 1.5 mq
Enerji dəyəri - 48 kkal
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda
nisbi rütubət 75% çox olmamaq şərti ilə
istehsal olunan tarixdən etibarən 2 il 

Arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı heyva çox uğurla istifadə oluna bilər. Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir. Heyva orqanizmdə gedən qocalma proseslərini ləngidir. Heyvanın unikal antivirus xüsusiyyətləri onu qripp və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu halda heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul olunmalıdır. Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Heyva orqanizmdə "pis" xolesterinin azalmasına kömək edir. Vitamin C ilə zəngin heyva immuniteti yaxşılaşdırır. Heyva şirəsi iltihab əleyhinə və bəlğəmgətirici təsirinə malik olduğuna görə bronxit, bronxial astma, müxtəlif soyuqdəymələr və iltihablar zamanı uğurla istifadə oluna bilər. Bu meyvə pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir. Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu məhsuldan faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qaraciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir. Heyva dietik məhsuldur.