Armud mürəbbəsi

Tərkibi: 
Armud, şəkər , su 
Karbohidratlar - 62 mq 
Enerji dəyəri - 248 kkal 
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda nisbi rütubət 75% çox olmamaq şərti ilə istehsal olunan tarixdən etibarən 2 il 
Armud çox faydalı meyvələrdən biridir. Onun tərkibində vitaminlər, minerallar, qidalı liflər, orqanik turşular və s. faydalı maddələr var. Armud arıqlamağa kömək edir. Zəngin lif mənbəyi olan armud uzun müddət tox tutmağı təmin edir. Anti-kanserogen xüsusiyyətləri ilə mümkün xərçəng hüceyrələrinin meydana gəlməsinin qarşısını alır. Tərkibindəki  antioksidantlar sayəsində soyuqdəymə, qrip və buna bənzər virus xəstəliklərə qarşı orqanizmin toxunulmazlığını saxlayır. Sümükləri gücləndirir. Armuddakı minerallar sümükləri möhkəmləndirir. Diabetik xəstələr üçün həkimlər armudu onların qida rasionlarına  salmalarını məsləhət görür. Yüksək qan təzyiqinin qarşısını alır. Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Nəfəs darlığı üçün yaxşıdır. Qızdırmanı aşağı salır.  Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.