Zoğal mürəbbəsi

Tərkibi: 
Zoğal, şəkər , su 
Karbohidratlar - 62 mq 
Vitamin C - 7 mq 
Enerji dəyəri - 248 kkal 
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda nisbi rütubət 75% çox olmamaq şərti ilə istehsal olunan tarixdən etibarən 2 il
Bu meyvə zökəm və soyuqdəymədən əlavə diarea, xolera xəstəliyinin müalicəsi zamanı istifadə olunur. Bədən temperaturunu aşağı salmağa xidmət edir. Yabanı halda meşələrdə geniş yayılmış bitkilər kimi tibbi faydalılığı başqa meyvələrdən iki dəfə çoxdur, desək yanılmarıq. Bu meyvənin müxtəlif  məhsulları eyni dərəcədə faydalılığa malikdir. Təkcə qida elementi kimi deyil həm də tibbi faydalılığına görə Zoğala el arasında tibbi aptek deyirlər. Menstural pozğunlular yaşayan qadınlara ən çox tövsiyə olunan qidalardandır. Kişi sonsuzluğu zamanı ən çox istifadə olunan qidalar sırasına daxildir.  Toxuma və orqanların yenilənməsini və bərpasını sürətləndirdiyi üçün hamiləlik dövrünün vacib qidası hesab olunur. Qrip və soyuqdəymə zamanı hərarətin artması zamanı tətbiq olunur. Tərkibində olan elementlər kürək və diz ağrıları üçün çox faydalı nəticələr verir. Qan təzyiqini normallaşdırır, ürək damar xəstəliklərinin profilaktikasında istifadə olunur.