Əncir mürəbbəsi

Tərkibi: 
Əncir, şəkər , su 
Karbohidratlar - 62 mq 
Vitamin C - 2 mq 
Enerji dəyəri - 248 kkal 
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda nisbi rütubət 75% çox olmamaq şərti ilə istehsal olunan tarixdən etibarən 2 il 
Əncir liflərlə zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən təbii vasitədir. Əncir ziyanlı xolesterin səviyyəsini salmaq gücünə malik olduğu üçün əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır və oqanizmi infarktdan qoruyur. Arıqlamaq istəyənlər üçün əncir ideal qidadır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır. Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir vardır. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir. Belə halda əncirin təsiri olduqca yüksəkdir, çünki onun tərkibindəki kalsium rahat şəkildə bütünlüklə orqanizmə sorulur. Həmçinin əncirin tərkibində olan dəmirin misə nisbəti 2:1-dir, bu nisbət dəmirin daha yaxşı sorulmağını təmin edir. Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir. Əncir qadın və kişi sonsuzluğunun qarşısını alır.