Göy alça turşusu

Tərkibi:
Yaşıl alça , duz , sirkə , ədviyyatlar, su
Karbohidratlar - 4.3 qr Enerji dəyəri - 17.2 kkal
Saxlanma müdəti 0 - + 20० C - temperaturda istehsal olunan tarixdən etibarən 18 ay .
Açdıqdan sonra soyuducuda saxlanılmalıdır. 

Alça C vitamini ilə olduqca zəngindir. C vitamini orqanizm üçün ən vacib olan vitaminlərdən biridir. Məhz bu səbəbdən C vitamini dedikdə ağıla alçanın gəlməsi səbəbsiz deyil. Alçadan hazırlanan turşular yağlı qidaların daha asan mənimsənilməsinə kömək edir. Bu həzm prosesləri yaxşılaşdırır. Alçanın tərkibində bir çox faydalı maddələr, orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. var.Təbii liflərlə zəngin olan alça qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Turşularla zəngin olan alça orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil edə bilər. Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.