Qarpız mürəbbəsi
Tərkibi:Qarpız, şəkər , su
Karbohidratlar - 62 mq
Vitamin C - 2 mq
Enerji dəyəri - 248 kkal
Saxlanma müdəti - 0 - + 20० C - temperaturda nisbi rütubət 75% çox olmamaq şərti ilə istehsal olunan tarixdən etibarən 2 il
Qarpızın 92 faizi su, 6 faizi isə şəkərdən ibarətdir. Qarpız C, A vitaminlərinin və beta-karotinin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı çox faydalıdır. 150 qram qarpız gündəlik C vitamini ehtiyacının yüzdə 24,3 faizini, A vitamininə olan tələbatın 11 faizini ödəyir. Qarpız ayrıca enerji hasilatı üçün vacib olan B, B1, B6 vitaminləri, maqneziumla zəngindir. Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Onun tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə meyvələr arasında liderdir. Bu güclü antioksidant orqanizmdəki sərbəst radikallarla mübarizə apararaq xərçəngdən müdafiə edir. Mütəxəssislərin fikrincə, eyni zamanda qan təzyiqinin tənzimlənməsindən, sağlam arıqlamağa qədər çoxlu sayda faydası var. Qarpızın bədəni təmizləyici xüsusiyyəti var. Çünki tərkibinin 95-i sudur, böyrəkləri çox yaxşı işlədir, sidik qovucudur. Böyrəkdəki daş və duzları təmizləyir. Artıq çəki problemi olanlara bol-bol qarpız yemələrini təklif edən mütəxəssislər qarpızın bol miqdarda sudan ibarət olması və şəkər saxlamaması, ayrıca bağırsaqlarda sovrulmanı sürətləndirməsi kimi xüsusiyyətləriylə artıq çəkidən xilas olmanı sürətləndirir.