Yabanı alça sousu

Tərkibi:
Qırmızı alça , duz , üyüdülmüş keşniş
Karbohidratlar - 1.1 qr
Vitamin C - 29 mq
Enerji dəyəri - 4.4 kkal/18.7 kC
Saxlanma müdəti +5 - + 25० C - temperaturda
istehsal olunan tarixdən etibarən 2 il .
Açdıqdan sonra soyuducuda saxlanılmalıdır.
Açmazdan öncə çalxalayın.
Sous balıq və ət məhsulları ilə istifadə olunur. 

Alçanın tərkibində bir çox faydalı maddələr, orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. var. Alça C vitamini ilə olduqca zəngindir. C vitamini orqanizm üçün ən vacib olan vitaminlərdən biridir. Məhz bu səbəbdən C vitamini dedikdə ağıla alçanın gəlməsi səbəbsiz deyil. Alçadan hazırlanan souslar (tkemali və s.) yağlı qidaların daha asan mənimsənilməsinə kömək edir. Bu həzm prosesləri yaxşılaşdırır. Təbii liflərlə zəngin olan alça qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Turşularla zəngin olan alça orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil edə bilər. Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.